Azərbaycan Texniki Universiteti Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25 ünvanında “Nəqliyyat vasitələrinin cari təmiri” xərcləri ilə əlaqədar 06.08.2021-ci il tarixli elan ilə kotirovka sorğusu üsulu ilə müsabiqə həyata keçirir.
Mərkəzi Bank sığortaçı - SEÇİR
FED.az xəbər verir ki, maraqlanan təşkilatlar [email protected] email ünvanı və 012-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 06.08.2021-ci il tarixindən 19.08.2021-ci il tarixinə, saat 17:00-dək təqdim olunmalıdır. Zərflər 20.08.2021-ci il, saat 12:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Ünvan: AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 25.