Azərbaycanın Euro-Asian Construction Corporation «Evrascon» şirkəti M-05 Kiyev–Odessa və M-06-Kiyev-Çop avtomobil yollarında nəqliyyat ayırıcılarının tikintisi üzrə tenderin qalibi olub.
Eləcə də bax: Rayon icra hakimiyyəti yolların təmiri üçün - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, bu barədə “Ukravtodor”un mətbuat xidməti məlumat verib.
Dövlət agentliyinin məlumatına görə, ayırıcılar 3 hissədə inşa oluna bilər:
- Lot-1: M-05 Kiyev-Odessa avtomobil yolunda nəqliyyat ayırıcının tikintisi; km 15+390;
- Lot-2: M-05 Kiyev-Odessa avtomobil yolunda nəqliyyat ayırıcının tikintisi; km 21+847;
- Lot-3: M-06 Kiyev-Çop avtomobil yolunda nəqliyyat ayırıcının tikintisi; km 21+767.
Qeyd olunan işlərin icrası Avropa İnvestisiya Bankı (AİB)/Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vəsaiti hesabına “Kiyev şəhərinə girişdə avtomobil yollarının nəqliyyat-istismar vəziyyətinin yaxşılaşdırılması” layihəsinin reallaşdırılması çərçivəsində nəzərdə tutulur.
“Ukravtodor”da qeyd olunub ki, öncə layihə çərçivəsində 5 ayırıcının inşası planlaşdırılırdı, lakin ikisi layihədən çıxarılıb. “Ukravtodor”un beynəlxalq tərəfdaşlarla danışıqları nəticəsində üç hissədə temderin keçirilməsinə dair razılıq əldə olunub.
İnterfaks