“Azərbaycan Sənaye Korporasiyası” ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Arena” İdman Kompleksinin 6 mərtəbəli “R” tikintisinin damının üstündə quraşdırılmış 4 kompressorlu soyutma-isitmə avadanlığının anoloji yeni avadanlıqla əvəzlənməsi işlərinin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305305281
Satınalan təşkilatın ünvanı: Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, “ASK VİLLA”
Müsabiqənin başlama tarixi və vaxtı: 09.06.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 14.07.2023 10:00
Podratçı tərəfindən görülən işlərdə nöqsanlar olmadığı halda təhvil-təslim aktı imzalandıqdan sonra müqavilənin ümümi dəyəri çərçivəsində podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar, Forma 2, Forma 3 və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə ödəniş aparılacaqdır.
Çatdırılma yeri - Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 96A ünvanında yerləşən “ASK Arena” İdman Kompleksi inzibati binası
Çatdırılma müddəti - 12 həftə
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd
İddiaçı şirkətin mütəxəssislərinin müvafiq peşə sertifikatı
İddiaçı tərəfindən təklif edilən avadanlığın texniki pasportu
İddiaçı tərəfindən təklif edilən avadanlığın EUROVENT sertifikatı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fəridə Zeynalova, Satınalma,təchizat və logistika şöbəsinin baş mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994772771106
• Təklif edilən avadanlıq uyğunluq sertifikatı (Certificate of Conformity) olmalıdır; • Təklif edilən avadanlıq İSO 9001 sertifikatına sahib olmalıdır; • Təklif edilən avadanlığın soyuq rejimdə enerji qənaətçillik əmsalı (EER) 3 dən aşağı olmamalıdır; • Təklif edilən avadanlığın isitmə rejimində qənaətçillik əmsalı (COP) 3.10 dan aşağı olmamalıdır; • Təklif edilən avadanlıq tam avtomatik idarəetmə sisteminə sahib olmalıdır; • Təklif edilən avadanlıq bütün qoruma sistemləri ilə birlikdə təchiz edilməlidir (aşağı yüksək təzyiq xətaları, aşağı və yüksək elektrik gərginliyi faza yerdəyişmə və s.); |