Azərbaycan Milli Elmlər Akademiyası açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatı tərəfindən AMEA Rəyasət Heyətinin inzibati binasında və AMEA-nın Akademiya şəhərciyində yerləşən əsas binasında 2023-cü ildə yerinə yetirilməsi nəzərdə tutulan cari təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700007431
Satınalan təşkilatın ünvanı: AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30
Müsabiqənin başlama tarixi və vaxtı: 13.09.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 13.10.2023 16:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr köçürmə üsulu ilə Sifarişçi tərəfindən tenderin şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri
Çatdırılma müddəti - 2023-cü ilin sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
iddiaçıların son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
iddiaçıların son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
yüklülük arayışı
nizamnamə
dövlət reyestrindən çıxarış
rekvizitlər
müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları
müvafiq sahə üzrə lisenziya
satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar (məhkumluq arayışı)
kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN)
kommersiya qurumunun mikro, kiçik və orta sahibkarlıq subyekti meyarına aid olması barədə statistikadan müvafiq arayış
iddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat (əməkdaşlıq etdiyi təşkilatların siyahısı qeyd edilməli)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kamran Mustafayev, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0124928398