Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: İcra Hakimiyyəti kotirovka sorğusu - ELAN EDİR
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderdə əsas vəsaitlərin, nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “Ata Sığorta” ASC qalib elan edilib.
Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.(Report)