Azərbaycan Mərkəzi Bankı (AMB) inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına sistem və avadanlıqların (1), isitmə-soyutma-havalandırma, su-kanal sistemi avadanlıqlarının (2), elektrik avadanlıqlarına texniki xidmətin (3), mərkəzi ofisi və Əli Əliyev küçəsi, 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin (4), stil mallarının (5) satın alınması üçün açıq tendelər elan edib.
Eləcə də bax: Mərkəzi Banka 160 metrlik - YENİ BİNA TİKİLİR - ELAN
FED.az xəbər verirki, tenderdə iştirak haqqı hər lot üzrə 50 manatdır.
Mikro, kiçik və orta sahibkarlıq subyektləri ilkin sənədləri mayın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 21-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnformasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur. Telefon: (012) 493-11-22 (daxili 499).
Nəticələr mayın 21-də, saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) açıqlanacaq . İş Lot1, Lot 2, Lot 3 və Lot 5 üzrə ən geci 1 il müddətində, Lot 4 üzrə isə 90 gün müddətində təhvil verilməlidir.