“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Şamaxı rayonundakı heyvandarlıq kompleksinin su ilə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Temb" MMC-dir.
Qalib şirkətə 1,192 milyon manat ödəniləcək. (Report)