“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC aşağıdakı obyektlərin tikintisi üçün tender elan edir:
1. Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması.
2. Xaçmaz rayonunda aqroparkıın torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər.
3. Ağstafa rayonunun Köçəsgər kəndi yaxınlığında yerləşən hərbi hissənin ərazisində qrunt sularının səviyyəsinin aşağı salınması tədbirləri.
4. “Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” obyekti tərkibində aşağıdakı lotlar üzrə tender elan edir
FED.az TENDER xəbər verir ki, tender 10 (on) lot üzrə keçiriləcək.
Lot- 1. Yuxarı Şirvan kanalının (pk340+70) Türyançayla kəsişməsindəki dükerin yuyulmasına qarşı mühafizəsi üçün Barraj-fiksatorun təmir-bərpa işləri.
Lot- 2 . Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri.
Lot- 3. Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işləri.
Lot -4. Qax rayonunun Ilisu kəndinin mühafizəsi tədbirləri.
Lot -5. Balakən rayonu ərazisində Mazım, Balakən, Katex və digər çaylarda sahilbərkitmə işləri (Qanıx çayı).
Lot- 6. Zaqatala rayonu ərazisində Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri (Siliban çayı) .
Lot -7. Oğuz rayonu ərazisində Qala, Daşağılçay və digər çaylarda sahilbərkitmə işləri (Daşağıl çayı).
Lot -8. Gədəbəy rayonu ərazisində Narzan çayında sahilbərkitmə işləri.
Lot- 9. Ağsu rayonu ərazisində Ağsuçayda sahilbərkitmə işləri.
Lot- 10. Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisi (Ulumçay çayı).
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənib imzalanmış və ikiqat bağlamaqla yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti və bu sahə üzrə təcrübəli mütəxəssislərinin olması;
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:
Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a,.
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Telefon -431-08-64, faks 430-79-57.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunun tam dəstini yuxarıda qeyd olunan ünvandan ala bilərlər.
İştirak haqqı hər obyekt üzrə 200 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti VÖEN - 1300300711, H/h- AZ 10 IBAZ 380700194497 16100216, “Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı M/h -AZ03NABZ01350100000000002944, VÖEN- 9900001881, SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü) İştirak haqqı geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün tender komissiyasına yazılı müraciət;
- Azərbaycan Respublikasında vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
- hüquqi statusu, qeydiyyat yeri, əsas fəaliyyət yeri və bank rekvizitləri;
- ixtisaslaşma haqqında məlumat; - 5 ildə yerinə yetirilən tikinti işlərinin ümumi həcmi; - son 5 ildə yerinə yetirilən analoji xarakterli işlər;
- podratçı tərəfindən qurğuların tikintisində istismarı nəzərdə tutulan avadanlıqların əsas növləri; - inzibati və istehsal sahələrində işləməsi nəzərdə tutulan mütəxəssislərin ixtisası və təcrübəsi; - iddiaçının maliyyə vəziyyəti barədə məlumat;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
İddiaçılar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 13 may 2019-cu il saat 17 .00-а qədər təqdim etməlidirlər.
İddiaçılar tender təklifini isə tenderin əsas şərtlər toplusunun tələbinə uyğun hazırlayıb 2 nüsxədə (əsli və surəti ) imzalanıb möhürlənmiş, ikiqat zərfdə 29 may 2019-cu il saat 17 .00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 30 may 2019-cu il saat 15 .00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır .
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 10 lotluq - TENDER ELAN EDİR
11:31
16 Aprel 2019