FED.az TENDER xəbər verir ki, Azərbaycan Kredit Bürosu mühasibatlıq üçün proqram təminatının və həmin proqram təminatı üzrə xidmətlərin alınması üzrə TENDER ELANI
- “Azərbaycan Kredit Bürosu” MMC Büronun Satınalma qaydalarına əsasən proqram təminatın və proqram təminatı üzrə xidmətlərin alınması üçün açıq tender keçirir.
- Tender proseduru 04 dekabr 2018-ci il tarixində saat 15:00-da Büronun Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Centre, 10-cu mərtəbədə yerləşən ofisində keçiriləcəkdir.
- Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 31 yanvar 2019-cu il tarixədək qüvvədə olmalıdır);
- Son iki ildə mühasibatlıq sisteminin satışı ilə bağlı xidmət göstərdiyi müştəriləri tərəfindən verilmiş 3 ədəd tövsiyə məktubu (referens).
- İddiaçılar tender təklifini 03 dekabr 2018-ci il saat 17.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə Büronun Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Centre, 10-cu mərtəbədə yerləşən ofisinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
- İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Centre, 10-cu mərtəbədə yerləşən ofisdən və ya elektron olaraq buradan əldə edə bilərlər.
- Əlaqələndirici şəxs: Vüsal Rzayev, telefon: 0125973075, elektron poçt ünvanı: [email protected].