Azərbaycan İnvestisiya Holdinqi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan İnvestisiya Holdinqinin balansındakı xidməti avtomobillərin kasko sığortası xidməti satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1702893761
Satınalan təşkilatın ünvanı: AZ1005, Bakı ş, Səbail r, Azərbaycan prospekti 6
Müsabiqənin başlama tarixi və vaxtı: 29.11.2023 18:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.12.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.12.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 29.12.2023 17:00
Ödəniş şərtləri : Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında xidmətlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri : Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6.
Çatdırılma müddəti : 2024-cü il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya
İxtisas göstəriciləri:
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə, idarəetmə səriştəsinə və etibarlılığa malik olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əfqan Qocayev, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu : 012 599-87-80, daxili nömrə: 2950
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Mercedes Benz S 400 |
2014-cu il buraxılış (10 AR 244) 2996 sm3, sığorta predmetinin bazar dəyəri: 99450.00 manat |
1 |
ədəd |
2 |
Toyota Camry Comfort 2.5 L |
2021-ci il buraxılış (99 AH 782) 2487 sm3, sığorta predmetinin bazar dəyəri: 58460.00 manat |
1 |
ədəd |
3 |
Toyota Camry Comfort 2.5 L |
2021-cı il buraxılış (99 AH 783) 2487 sm3, sığorta predmetinin bazar dəyəri: 58460.00 manat |
1 |
ədəd |
4 |
Volkswagen Polo |
2021-cı il buraxılış (77 PB 735) 1598 sm3, sığorta predmetinin bazar dəyəri: 24800.00 manat |
1 |
ədəd |