Azərbaycan İnvestisiya Şirkəti "Azərbaycan İnvestisiya Şirkəti” ASC üçün, vergi qanunvericiliyinə uyğun hazırlanmış 2022-ci il üçün vergi bəyyannamələrinin təhlili, sənaye məhəllələrinin,o cümlədən, Neftçala Sənaye Məhəlləsinin, Sabirabad Sənaye Məhəlləsinin, Hacıqabul Sənaye Məhəlləsinin, Masallı Sənaye Məhəlləsinin “ Azərbaycan İnvestisiya Şirkəti “ ASC-nin balansından çıxarılmaqla,İqtisadiyyat Nazirliyinin tabeliyindəki “İqtisadi Zonaların İnkişafı Agentliyinin” balansına verilməsi ilə əlaqədar yazılı vergi məsləhət xidmətini (30 saata qədər),qiymətli kağızların alqı-satqısı ilə bağlı vergi risklərinin qiymətləndirilməsi (2022-ci il) xidmətləri." tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi Grant Thornton MMC (VÖEN: 1401736281 )olub. Qalib şirkətə 11 800 manat ödəniləcək.
Qeyd edək ki, Grant Thornton MMC bundan əvvəldən həmin qurumun vergi bəyannamələrinin audit xidmətini 16 992 manata aparıb (21.10.2020).
Əlavə məlumat üçün qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur.
AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.