Azərbaycan İnvestisiya Holdinqi "Greenvvich Travel Club" (VÖEN: 1701043201) ilə tender müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, həmin müqavilədə Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşlarının 2023-cü il ərzində xarici ölkələrə səfərləri ilə əlaqədar aviabiletlərin alınması və digər ezamiyyə xidmətlərinin təşkili, eləcə də ölkəmizə səfər edəcək xarici nümayəndə heyəti ilə, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin təmsilçilərinin iştirakı ilə işgüzar görüşlərin təşkili xidmətləri nəzərdə tutulur.
Qeyd edək kİ, "Greenvvich Travel Club" MMC həmin qururmdan 2022-ci il üzrə eyni adlı tender üzrə müqavilə imzalayıb. Həmin müqavilənin dəyəri isə 294 663 manat təşkil edib (05.04.2022).