Azərbaycan İnvestisiya Holdinqi kəsintisiz qida avadanlıqlarının və onların quraşdırılması xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Bakı Sağlamlıq Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, təkliflər sorğusunda kəsintisiz qida avadanlıqlarının təchizatı və onların quraşdırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident mikro, kiçik və orta sahibkarlıq subyektləri, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Təkliflər sorğusunda iştirak etmək istəyənlər 80 (səksən) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Azərbaycan prospekti, 6 ünvanından (telefon: (012) 599-87-80, daxili nömrə 2008, otaq № 311) əldə edə bilərlər.
Emitent
Kapital Bank ASC Mərkəz filialı
Bank kodu: 200026
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. bIk: AIIBAZ2X
Alan
Azərbaycan İnvestisiya Holdinqi
VÖEN: 1702893761
H/H: AZ13AIIB38060019440818786102
İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
- təklif (qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);
- təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- təkliflər sorğusuna dair təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının son 3 (üç) il ərzində oxşar müqavilələr üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (təkliflər sorğusunun Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Təkliflər sorğusunun predmeti üzrə kəsintisiz qida avadanlıqları (5 adda, 21 ədəd) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 1 (bir) gün müddətində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim olunmalıdır.
Təkliflər sorğusu üzrə təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- təqdim ediləcək malların və göstəriləcək xidmətlərin dəyəri;
- malların çatdırılması müddəti.
İddiaçılar təkliflər sorğusuna dair təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusu üzrə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 27 aprel 2021-ci il saat 17:00-dək Bakı şəhəri, Azərbaycan prospekti, 6 ünvanına (əlaqələndirici şəxs - Babək Amaşov, telefon: (012) 599-87-80, daxili nömrə: 2008. [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 aprel 2021-ci il saat 11:00-da Bakı şəhəri, Azərbaycan prospekti, 6 (otaq: 209) ünvanında açılacaqdır.