Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşları üçün bədən tərbiyəsi və idman-sağlamlıq xidmətləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Push 30” MMC olub.
Qalib şirkətə 195 998 manat ödəniləcək.
Bu qiymətə 110 nəfər işçinin bədən tərbiyəsi və idman-sağlamlıq xidmətləri daxildir.