Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi www.azerbaijan.travel veb-portalının yenidən qurulması işlərinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satın alınması üçün açıq tender elan edir.
Eləcə də bax: “Azərsu” maşınları üçün şin alır - AÇIQ TENDER
FED.az xəbər verir ki, Açıq tenderdə veb-portalların yenidən qurulması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 500 (beş yüz) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesabına köçürdükdən və bunu təsdiqləyən sənədi təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədən (Dövlət Turizm Agentliyi, telefon- +994125058704 (əlavə 2303); faks: +994124920592), e-mail: [email protected]) ala bilərlər:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faiz bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqləyən surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 4 (dörd) təqvim ayı müddətində icra olunmalıdır.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 8 avqust 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 23 avqust 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramova) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 26 avqust 2019-cu il saat 11.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.
Azərbaycan haqqında turizm portalının yenidən qurulması üçün - AÇIQ TENDER
11:01
11 İyul 2019