Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Fransız Universiteti üçün tədris prosesində istifadə olunacaq müxtəlif növ qaz balonlarının doldurulması işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1400196861
Satınalan təşkilatın ünvanı : Bakı ş, Azadlıq pr.20
Müsabiqənin başlama tarixi və vaxtı: 16.11.2023 15:35
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 06.12.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 15.12.2023 09:00
Ödəniş şərtləri : Köçürmə yolu ilə.
Çatdırılma yeri : Nizami küçəsi 183.
Çatdırılma müddəti : 2024-cü il ərzində.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı.
Dövlət reyestrindən çıxarış, nizamnamə, qeydiyyatdan keçdiyi ölkə haqqında sənədlər.
Bank rekvizitləri.
Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilmə barədə müvafiq dövlət statistika orqanından arayış.
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığının olması barədə arayış.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması, həmçinin Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İsmət Fərzəliyev
Email: [email protected]
Əlaqə telefonu : 012-598-45-05