Azərbaycan Dövlət Neft Sənaye Universiteti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Universitetin tədris və təlim infrastrukturunu gücləndirməklə bərpa olunan enerji sahəsində ikili diplomlu magistr proqramının fəaliyyətinə dəstək verilməsi məqsədilə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaiti hesabına bərpa olunan enerji laboratoriyasının qurulması üçün “Maşın və avadanlıqlar”ın satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400196861
Satınalan təşkilatın ünvanı: Bakı ş, Azadlıq pr.20
Müsabiqənin başlama tarixi və vaxtı: 29.08.2023 14:18
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.09.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 27.09.2023 09:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Nizamnamə, Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı, İddiaçının qeydiyyatdan keçdiyi ölkə barədə müvafiq sənəd.
Bank rekvizitləri
Son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Sahibkarlıq subyektinin bölgüsü
Son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İxtisas göstəriciləri:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Satınalma müqaviləsini bağlamaq səlahəyyəti olması barədə sənəd.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənədlər.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İsmət Fərzəliyev, Texniki xidmətlərin təchizatı üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-598-45-05