Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası maşın və avadanlıqların satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500374911
Satınalan təşkilatın ünvanı: Bakı F.X.Xoyski küç.98
Müsabiqənin başlama tarixi və vaxtı: 02.08.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.08.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 31.08.2023 11:00
Ödəniş şərtləri - tələb olunan sənədlər
Çatdırılma yeri - Bakı, Fətəli Xan Xoyski pr 98
Çatdırılma müddəti - 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, anoloji işlərdə və dövlət satınalma müsabiqələrində son 2 (iki) illik təcrübəsi
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
Malgöndərən tərəfindən avadanlıqlar üçün CE (Certificate of Excellence) təqdim edilməsi
Malgöndərənin işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barəsində məlumatlar, subpodratçının müvafiq sahədə peşəkarlıqı, anoloji işlərdə və dövlət satınalma müsabiqələrində son 2 illik təcrübəsi
Malgöndərən tərəfindən təqdim olunan avadanlıqların istehsalçı sertifikatları
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İ.Hacıyev, Texniki təminat şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994125640900