“Azərbaycan Dəmir Yolları" QSC “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınmasıtenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Smartit" MMC şirkəti (VÖEN: 2003634151) olub.
Şirkətlə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalanıb.
"Smartit" MMC bundan öncə, Mərkəzi Bankla "Mərkəzi Bankında informasiya və kiber təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası" tenderi üzrə 1 226 453 manatlıq müqavilə imzalayıb (11.09.2023).
Şirkət ümumilikdə 2019-cu ildən indiyədək müxtəlif təşkilatlarla 17 satınalma müqaviləsi imzalayıb.