“Azərbaycan Dəmir Yolları” QSC tender elan edir.
FED.az xəbər verir ki, QSC ofis mebellərinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən iş vaxtı saat 09:00-dan 17:00-a kimi ala bilərlər.
İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).
Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 21 oktyabr 2020-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat Departamenti Satınalma şöbəsi, otaq 7-yə təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.
Telefon nömrəsi: +994 12 499-73-54, 055-203-36-34; e-mail: nil.ismayı [email protected]
Tender təklifləri 22 oktyabr 2020-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müvafiq təcrübə, maliyyə vəziyyəti, malların çatdırılma müddəti və mallara verilən zəmanət müddəti.