“Azərbaycan Dəmir Yolları” QSC 100 taxıl vaqonu və hər biri 73-78 ton tutumlu 50 universal platforma vaqonu alır. Tender elanına əsasən, satın alınan vaqonların ümumi dəyəri 3 milyon ABŞ dollarından çoxdur.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin səkkiz ayı ərzində Azərbaycan xaricdə yük vaqonu almayıb. Bu dövrdə xaricə 294 yük vaqonu satılıb. Onların ümumi dəyəri 1 milyon 129 min ABŞ dolları qiymətləndirilir. Ötən il Azərbaycana bəyannamə qiyməti 9 milyon 450 min dollar olan 24 yük vaqonu gətirilib. 2018-ci ildə 1 milyon 833 min dollar dəyərində qiymətləndirilən 730 köhnə vaqon ölkə xaricində satılıb.
"Turan"