2022-ci ildə Azərbaycan banklarının qiymətli kağızlara yatırımlarından əldə edilən gəlirləri məlum olub.
FED.az RENKİNQ xəbər verir ki, ötən il ölkə bankları bu sahədən 208,5 milyon manat gəlir əldə ediblər.
Xatırladaq ki, Azərbaycanda banklar qiymətli kağızlar bazarının əsas investorlarından sayılır.
Belə ki, ölkədəki 25 bankdan 20-si qiymətli kağızlar bazarına ümumilikdə 8,4 milyard manata yaxın yatırım ediblər.
Bu sahədə əsas investorlar Azərbaycanın bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB), eləcə də ölkənin iri bankları «Kapitalbank» və «Paşa Bank»dır.
Qiymətli kağızlar baarından ən çox gəlir əldə edən dfə bu 3 bankdır.
Belə ki, bankların bu sahədən əldə etdiyi 208,5 milyon manat gəlirin 194,2 milyon manatı məhz sadalanan bank 3-lüyünün payına düşüb – hər bankın illik gəliri 68-89 milyon manat arasınqda dəyişir.
«Xalq Bank», «Rabitəbank», «Unibank» və «Azər Türk Bank» da qiymətli kağızlardan ciddi gəlir götürən banklardandır – 3-8 milyon manat arasında.