Tenderlər

Azərbaycan bankı seyf və mebel alır - TENDER

Azərbaycan bankı seyf və mebel alır - TENDER | FED.az
10:40 19 Fev 2020

Beynəlxalq Bank 2 tender elan edir. 

Eləcə də bax: Dövlət qurumu - MEBEL, GEYİM VƏ YATAQ DƏSTİ ALIR

FED.az xəbər verir ki, bank mebel avadanlıqlarının (tender1) və seyflərin (tender2) satın alır. İştirak haqqı mebel avadanlıqları tenderi üzrə 150, seyflərin alınması tenderi üzrə 100 manatdır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan

Əlaqələndirici şəxs: Nərgiz İsgəndərli, telefon: 012 4930091, daxili 8208,

Elektron poçt ünvanı: [email protected]

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 mart 2020-cı il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 10 mart 2020-cı il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 11 mart 2020-cı il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.

Digər xəbərlər

Banner