"İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Azərbaycan-ABŞ İşgüzar Dəyirmi Masasının təşkili üçün zəruri xidmətlərin satın alınmasıdır. Müqavilənin məbləği 15 087 097 manat təşkil edir.
Müqavilə "HIGHLIGHT GROUP" MMC (VÖEN – 1702700041) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl AZPROMO-nun Azərbaycan-İsrail Biznes Forumunun təşkili ilə bağlı keçirdiyi 88 919 manatlıq satınalmanın da qalibi olub.











