“AZERBAIJAN RİGS” MMC razılaşdırılmış prosedurların əlaqəli xidmətlər üzrə beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün xidmətlərin satın alınması məqsədilə açıq tender elan edir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi kotirovka sorğusu - ELAN EDİR
Xidmətləri həyata keçirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə yalnız Azərbaycan Respublikasında audit sahəsində azı 5 il (tender haqqında elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 50 (əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tenderin əsas şərtlər toplusunu və digər məlumatı əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ90IBAZ40060029441112555120
VÖEN-1402550251
Bank- “ABB” ASC –nin Müştəri Xidmətləri Departamenti
Kod- 805250
VÖEN- 9900001881
M/h- AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin bir faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədinin surəti;
- VÖEN-i, bank rekvizitləri və əlaqə telefonları.
İddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyul 2021-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 26 iyul 2021-ci il saat 18.00-dan gec olmayaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 28 iyul 2021-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında olacaqdır.