“Azəralüminium” MMC “İşçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Seaport Catering” MMC olub.
Şirkətlə 823 192 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 253 680 ədəd, bir illik yemək xidməti satın alınacaq.