“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC işçilərinin 2 il ərzində gündəlik yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: BNA-nın 3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, vahid dövlət satınalmaları portalının məlumatına görə, tenderin qalibi "Sağlam Catering" MMC-dir.
Qalib şirkətə 1,776 mlyon manat ödəniləcək. Başqa sözlə, Dövlət şirkəti işçilərinin gündəlik yeməyinə ayda 74 min manat xərcləyəcək.
Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.