“Azəralüminium” MMC “46 ton yağlayıcı souducu mayenin satın alınması” və “Şüşə paketlər üçün butil əsaslı kipləşdirici maddənin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi Serchem İndustrial Lubricants LLC (Gürcüstan Respublikası) olub. Şirkətlə 14 min 388 manat məbləğində müqavilə imzlanıb.
İkinci tenderin qalibi isə türk şirkəti olan Erpasan Kalıp Plastik Kimya İnşaat Nak.San.Tic.A.Ş şirkəti olub. Həmin tender üzrə şirkətlə 36 min manat dəyərində müqavilə imzalanıb.