Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron Kanalının İstismarı İdarəsi “Samur hidroqovşağının aşağı byefində sağ axını istiqamətləndirici bəndin əsaslı təmiri (L=175) işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “AZCD Group” ASC olub. Şirkətlə 585 622 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl "Azergold"un tenderlərini qazanıb.
«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilib və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti quraşdırma və eləcə də təmir işlərini həyata keçirməkdədir.