“Azrəbaycan Hava Yolları” QSC tərəfindən Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza xilasetmə İşləri Xidməti və Komandaların əməkdaşları üçün şəxsi heyətin gündəlik və yanğın-döyüş geyiminin satınalınması məqsədilə 22 avqust 2019-cu il tarixində dövlət satınalmalrının vahid Portalında 1 lotdan ibarət açıq tender baş tutmadı.
FED.az xəbər verir ki, tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-4.2-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilir.
50-4.2. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.