«Azərbaycan Hava Yolları» şirkəti (AZAL) sentyabrda elan etdiyi tenderlərin baş tutmadığını açıqlayıb.
FED.az məlumat verir ki, şirkətin sentyabrın 19-da elan etdiyi 2 tender (tikniti materiallarının alınması və elektrik mallarının alınması) «Dövlət Satınalmaları haqqında» qanunun 11.1-ci maddəsinə əsasən baş tutmamış sayılıb.
Qeyd edək ki, həmin maddəyə əsasən tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina etməlidir.
AZAL-ın tenderləri baş tutmayıb
10:16
6 Noy 2018