“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Sankt-Peterburq-Gəncə və Bakı-Moskva-Gəncə marşrutları üzrə reysləri yerinə yetirən uçuş heyətinin estafeti üçün Gəncə şəhərində otel xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 650 manatdır.
İddiaçılar ilkin sənədləri yanvarın 25-nə qədər, tender təklifi və onun dəyərinin 4%-i qədər bank təminatını isə fevralın 5-nə qədər Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim etməlidirlər.
Təkliflərə fevralın 6-da, saat 11:00-da hava limanında baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilər.
AZAL əməkdaşları üçün otel axtarır
13:30
20 Dek 2017