"Azərbaycan Hava Yolları"(AZAL) QSC rəhbər işçi üçün aldığı 6 kreslonun qiymətini açıqlayıb. Bu barədə FED.az-ın sorğusuna AZAL-dan verilən məlumatda qeyd olunur.
Eləcə də bax:Nazirlik 7 milyon manatlıq tenderlərin – QALİBLƏRİNİ AÇIQLADI
“AZAL tərəfindən ƏDV ilə birlikdə ümumi dəyəri 2478 manat təşkil edən 6 ədəd dəri kreslonun satın alınması məqsədilə kotirovka sorğusu proseduru həyata keçirilib. 1 ədəd kreslonun qiyməti ƏDV-siz 350 manat təşkil edir. Yekun protokolumuz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qəbul edilərək qeydiyyata alınmışdır”-deyə məlumatda bildirilir.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC rəhbər işçi üçün kreslo alışı kotirovka sorğusunun qalibi fiziki şəxs Quliyev Çingiz Baba oğlu olub.