Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2 tendere yekun vurub .
FED.az xəbər verir ki, ““Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) yol xətlənməsi əl işləri"nin satın alınması” tenderinin qalibi “Aztimont” ASC olub.
Şirkətlə 944 492 manat məbləğində müqavilə imzalanıb.
“Dəftərxana və təsərrüfat malları”nın satın alınması” tenderin qalibi “İntellekt M.A” MMC olub.
Şirkətlə 126 860 manat məbləğində müqavilə imzalanıb.