"ASK Ayaqqabı Fabriki" MMC ayaqqabı istehsalında istifadə olunan avadanlıqların ehtiyat hissələrinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
"Azərsu"yun 55 milyon manatlıq tenderinin - Qalibi Məlum Oldu
FED.az xəbər verir ki, müsabiqə iştirakçılarına təklif edilir ki, öz Kotirovka təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Səbinə Xanəhmədova, telefon: +994 (12) 412 46 26 və ya [email protected]
İştirak haqqı: 50.00 manat
Satınalan təşkilat: “ASK Ayaqqabı Fabriki” MMC
VÖEN: 2004900751
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC
Bankın VÖEN-i: 9900001881
Kod: 805584
SWİFT: İBAZAZ2X
Müxbir hesabı:
AZ03NABZ01350100000000002944
Alanın hesabı H/H:
AZ11İBAZ40040019446118105202
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;
2. Kotirovkada iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Kotirovka təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (qeydiyyatı 01.07.2021-ci il tarixindən sonra olmalıdır);
5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surəti);
6. İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən verilir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” AR Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (kotirovka təklifi daxil) 08 oktyabr 2021-ci il saat 12:00-a qədər Bakı şəh., Binəqədi rayonu, Binəqədi şosesi 53 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Zərflərin açılması ilə bağlı kotirovka proseduru 08 oktyabr 2021-ci il saat 14:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.