Şahdağ Turizm Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Türk şirkəti film istehsalından 1 milyon manata yaxın - PUL QAZANACAQ
FED.az xəbər verir ki, tender asma buraz kanat yolları avadanlıqları üçün ehtiyat hissələrinin alınmasını əhatə edir.
Tenderin qalibi Doppelmayr Seilbahnen GmbH (VÖEN: 10006731) olub və şirkətlə bağlanan müqavilənin dəyəri 551 687 AZN təşkil edir.
Doppelmayr Seilbahnen GmbH teleferik və asma kanat yolları texnologiyaları üzrə ixtisaslaşmış Avstriya şirkətidir. Şirkət dünya üzrə dağlıq ərazilərdə və turizm mərkəzlərində kanat yolları, asma liftlər və onların ehtiyat hissələrinin istehsalı və təminatı ilə məşğuldur.