Azərbaycan Tibb Universiteti “Azərbaycan Tibb Universitetinin elektron səhifəsi üçün texniki dəstək, infrastrukturun avtomatlaşdırılmasına dəstək, server kirayəsi, lisenziyalar və daxili sistemlər ilə inteqrasiyalar” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Rüfət Arif Oğlu Vəlizadə olub.
Qalib şəxsə 149 883 manat ödəniləcək.
Bu qiymətə daxildir : hər birindən 1illik müddət olmaqla proqram təminatına dəstək, infrastuktura texniki dəstək və veb tətbiq fayrvoluna (WAF) texniki dəstək, hər birindən 3 ədəd olmaqla server kirayəsi (12 ay), WHM (Cpanel) Premier lisenziya (12 ay), CloudLinux OS lisenziya (12 ay), LiteSpeed Web Server lisenziya (12 ay), Imunify360 və ImunifyAV+ lisenziya (12 ay), KernelCare lisenziya (12 ay), JetBackup lisenziya (12 ay) və serverlərin nizamlanması və əməliyyat sisteminin yazılması, hər birindən 1 ədəd olmaqla veb tətbiq fayrvolu (WAF) və Sectigo EnterpriseSSL Pro EV MDC (12 ay), 12 ədəd Cloudflare Business lisenziya (12 ay), hər birindən 2 ədəd olmaqla Zoom lisenziya 1000+ Webinars və Zoom Translated Captions (12 ay), hər birindən 5 ədəd olmaqla elektron sistemlərin yeni serverlərdə qurulacaq mühitə inteqrasiya edilməsi və elektron sistemlərin PHP 8 nəslinin son versiyasına keçirilməsi.