"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən Aşağı Muğan kanalının yenidən qurulması (I mərhələ) işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Euroline" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 75 milyon 47 min 4 manat 26 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 133 milyon 943 min 758 manat 80 qəpik idi.
Qeyd edək ki, "Euroline" QSC bundan əvvəl də "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin elan etdiyi irihəcmli layihələrin qalibi olub. Şirkətin həmin qurumla imzaladığı digər müqavilələr aşağıdakılardır:
-
Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması layihəsi üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 6 milyon 665 min 308 manat 88 qəpik təşkil edib (18.11.2024).
-
Cəlilabad rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün sututarların təmir-bərpası (Hamarqışlaq) işləri üzrə keçirilən tenderdə qalib gəlib. Müqavilənin dəyəri 2 milyon 292 min 460 manat 67 qəpik olub (09.10.2024).











