Azərbaycanda tikinti, layihələndirmə və investisiya layihələri üzrə tanınmış şirkət olan “ArchiCO Engineering Company” (ArchiCO MMC) Ruminiyada Resita bələdiyyəsi tərəfindən “Semenic Turist zonasının inkişaf etdirilməsi” üzrə təşkil olunan tenderin qalibləri sırasında yer alıb.
FED.az xəbər verir ki, sözügedən tenderə dünyanın bu sahədə ən nüfuzlu şirkətləri qatılmışdır. Nəticədə ArchiCO (Azərbaycan) - Dimex2000 (Ruminiya) - Supersnow (Polşa) alyansı tenderinin qalibi elan olunub.
Qeyd edək ki, Semenic dağ-xizək zonasında 15 km yaxın sürüşmə zolağının və 1 kanat yolunun layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Onu da vurğulamaq lazımdır ki, “ArchiCO” MMC Avropada mühəndislik xidmətləri göstərən ilk yerli şirkətdir.
Xatırladaq ki, “ArchiCO Engineering Company” (ArchiCO MMC) 2009-cu ildən etibarən Azərbaycanda mühəndislik xidmətləri həyata keçirir. Şirkət dağ xizək zonalarının layihələndirilməsi, sürüşmə zolaqlarının, kanat yollarının, süni qaryaratma sistemlərinin tikinti quraşdırma işlərində böyük təcrübəyə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarına malikdir.
15 ilə yaxın tikinti bazarında fəaliyyət göstərdiyi müdddət ərzində, Şirkət yenilikdər tətbiq edən innovativ və Sifarişçi yönümlü olduğumunu sübut edib. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən iri mühəndislik və tikinti şirkətlərindən birinə çevirilib.
Hazırda şirkətdə beynəlxalq tanınmış şirkətlərdə peşəkar təcrübəsi olan 3 minə yaxın işçi çalışır. Beynəlxalq idarəetmə sisteminin tələbinə uyğunlaşan “ArchiCO Engineering Company” (ArchiCO MMC) hazırda dünyanın bir çox tanınmış şirkətləri ilə əməkdaşlıq edir. Şirkətin əsas prioriteti mühəndislik sahəsində Azərbaycan brendini dünyaya tanıtmaqdır.