Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tikinti işləri ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı “Qazax-Tovuz Regional Bölməsinin Tovuz rayonu ərazisində yerləşən inzibati binasının tikintisi işləri”nin satın alınması işlərini əhatə edir.
Tenderdə iştriak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1404055601
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev prospekti 185B
Satınalma predmeti: “Qazax-Tovuz Regional Bölməsinin Tovuz rayonu ərazisində yerləşən inzibati binasının tikintisi işləri”nin satın alınması
ÜSL kod (kateqoriya): 71315000-9 Tikinti xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 31.03.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.04.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.05.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 04.05.2023 12:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Əsas şərtlər toplusunda qeyd edilən qaydada
Çatdırılma yeri - Tovuz rayonu
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 31 dekabr 2023-cü il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə meyarı üzrə
Bank rekvizitləri meyarı üzrə
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından alınmış arayış meyarı üzrə
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti meyarı üzrə
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi və kredit dövriyyəsi haqqında arayışlar meyarı üzrə
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış meyarı üzrə
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti meyarı üzrə
“Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr” meyarı üzrə
“Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat” meyarları üzrə
“Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması” meyarı üzrə
“Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması” meyarı üzrə
“Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması” meyarı üzrə
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (ƏŞTMX –TİT 36.7)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” meyarı üzrə
İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Tender təklifi - Qiymət təklifi: 90 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şöyüb Yusifzadə
BÖYÜK MƏSLƏHƏTÇİ
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 565-12-72 (daxili 011)