Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Sem-Az" MMC (VÖEN: 1401575381) olub.
Qalib gəlmiş şirkətə 2 265 922 manat ödəniləcək.
Tender müqaviləsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Laboratoriya şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni səyyar fitosanitar laboratoriyasının qurulması, nümunə götürmə və daşınma sisteminin yaradılması, biotəhlükəsizlik səhra laboratoriyasının fəaliyyətinin təmin edilməsi, böhran vəziyyətinin idarə olunması üçün dəstin alınması və maddi-texniki bazanın təkmilləşdirilməsi işləri”nin satın alınması nəzərdə tutulur.