“Aqroservis” ASC günəş enerjisi ilə işləyən konteyner tipli mobil soyuducu smart-kameraların alışına 114 min manatdan artıq vəsait yönəldəcək.
Eləcə də bax: 164 min manatlıq tenderin nəticəsi - AÇIQLANDI: QALİB ŞİRKƏT
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, «Agroprotech» MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 114 min 455,28 manatdır.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.