"Aqroservis" ASC "Pambıqyığan kombaynların satın alınması" təkliflər sorğusunun nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, sorğunun qalibi “Agromotors Azərbaycan" (VÖEN: 1007632011) olub. Şirkətlə 16 756 300 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Agromotors Azərbaycan” MMC 2022-ci ilin iyun ayında dövlət qeydiyyatına alını. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Rövşən Bayramovdur.
Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu Mir Cəla ev 143B, m 106-da yerləşir.