“Aqrolizinq” keçirdiyi tenderlərin qaliblərini elan edib.
FED.az TENDER xəbər verir ki, tenderlərən birinin qalibi “Ninox Alliance” JSC olub və şirkətlə 1 mln 570 min evroluq müqavilə imzalanıb.
Müqavilənin predmeti 20 ədəd 185 a.q. gücdə taxılyığan kombayn xırdalayıcı ilə alınması olub.
Digər tenderin qalibi “Exlex İmpex” LP olub və 3 mln 594 min evroluq müqavilə imzalanıb.
Müqavilənin predmeti 40 ədəd 152 a.q. gücdə taxılyığan kombayn xırdalayıcı ilə alınması təşkil edib.
2 müqavilənin ümumi məbləği 5 mln 164 min evro olub.
 
                                                    
                                                    
                    “Aqrolizinq”dən 5 mln 164 min evroluq satınalma - MÜQAVİLƏ
 
                            
                            
                        
                            10:31
                            14 Mart 2019
                        
                        

 
            


 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








