Fed.az xəbər verir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti maliyyə-təsərrüfat fəaliyyətinin 2017-ci il və 2018-ci ilin birinci yarımillik dövrləri üzrə auditinin aparılması məqsədi ilə kənar auditor xidmətinin satınalınması üzrə açıq tender elan edir.
Tender 1 (bir) Lot üzrə keçirilir.
Lot-1 - “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq Audit Standartları əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin 2017-ci il və 2018-ci ilin birinci yarımillik dövrləri üzrə auditinin aparılması məqsədi ilə kənar auditor xidmətinin satınalınması”
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqaviləninyerinə yetirilmə müddəti, təşkilatın hesabat vərəylərinin mötəbərliyinin tanınması, layihəyə cəlb ediləcək ixtisaslı kadrlar və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.
Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Abdullayeva Vəfa Hikmət qızı
Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir
Bünyadov küçəsi, 12
Tel.:/Faks: 425-66-94; mobil: +99451 255-92-40;
E-mail: [email protected]
Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır.
Maraqlanan fiziki və hüquqi şəxslər əsas şərtlər toplusunu Lot 1 üzrə 300.0 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:
Təşkilat: “Aqrolizinq” ASC
VÖEN: 1700382471; H/h: AZN AZ91AİİB38070019443500231102
Kapital Bank Mərkəz filialı; VÖEN: 9900003611;
Kod: 200026;
M/h: AZ37NABZ01350100000000001944;
S.W.İ.F.T.: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 26 iyul 2018-ci il tarixinə kimi aşağıdakı sənədləri (tender
təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə sənəd;
- auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat.
Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 09 avqust 2018-ci il, saat 17.00-a qədər təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir.
Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.
Bağlı zərflər 10 avqust 2018-ci il tarixdə saat 15:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi12 ünvanında yerləşən “Aqrolizinq” ASC-nin konfrans zalında açılacaqdır.
“Aqrolizinq” ASC – TENDER ELANI
13:02
27 İyun 2018