Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi açıq tender elan edir.
"Aqroservis” ASC - TENDER ELAN EDİR
FED.az xəbər verir ki, elanda Agentliyin tabeliyindəki Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dezinfeksiya vasitələrinin və ləvazimatların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1504595531
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A
Müsabiqənin başlama tarixi və vaxtı: 20.11.2023 17:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.12.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.12.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 20.12.2023 12:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr Satınalma müqaviləsi çərçivəsində təhvil veriləcək mallara mütənasib olaraq İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, təhvil-təslim aktı, digər sənədlər) əsasında Sifarişçi tərəfindən bank hesabına manatla köçürməklə, lakin 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilir.
Çatdırılma yeri : KTN yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası
Çatdırılma müddəti : 29 dekabr 2023-cü il tarixinədək
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma İddiaçının Nizamnaməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən şəhadətnaməsi (VÖEN), İddiaçının dövlət reyestrindən çıxarışı;
İddiaçının bank rekvizitləri;
Tenderdə iştirak barədə ödəniş sənədi
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İxtisas göstəriciləri:
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (məhkumluq haqqında arayış);
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Texniki və maliyyə imkanın olması
İş təcrübəsinin olması
Bu sahədə peşəkar olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Pərvanə Sultanəlieyva, əlaqələndirici şəxs
Email: [email protected]
Əlaqə telefonu : 0124980844 (İP 5023)