Aqrar Xidmətlər Agentliyi pestisidlərin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1504595531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A
Müsabiqənin başlama tarixi və vaxtı: 04.08.2023 19:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.08.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.09.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 05.09.2023 12:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr Satınalma müqaviləsi çərçivəsində təhvil veriləcək mallara mütənasib olaraq İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, təhvil-təslim aktı, digər sənədlər) əsasında Sifarişçi tərəfindən bank hesabına manatla köçürməklə, lakin 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilir.
Çatdırılma yeri - KTN yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Təchizat Bazası
Çatdırılma müddəti - 29 dekabr 2023-cü il tarixinədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının Nizamnaməsi, İddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən şəhadətnaməsi (VÖEN), İddiaçının dövlət reyestrindən çıxarışı;
İddiaçının bank rekvizitləri;
Tenderdə iştirak barədə ödəniş sənədi
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İxtisas göstəriciləri:
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Satınalma predmeti üzrə iş təcrübəsinin olması
Texniki və maliyyə imkanın olması
Bitki mühafizə vasitələri istehsal və ya idxal etdiyi halda müvafiq lisenziyaya malik olması
Preparatın dövlət qeydiyyatında olması barədə şəhadətnamə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cəmalə Quliyeva, əlaqələndirici şəxs
Email: [email protected]
Əlaqə telefonu: 0124980844 (İP 5075)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Pirimiphos methyl |
Əsas şərtlər toplusuna uyğun |
400 |
litr |
2 |
Aluminium phosphide |
Əsas şərtlər toplusuna uyğun |
7.700 |
kg |
3 |
Magnesium phosphide |
Əsas şərtlər toplusuna uyğun |
1.000 |
kg |