Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi" PHŞ "İKT” avadanlıqlarının satın alınması məqsədilə açqı tender elan edir.
Bakı Metropoliteni 381 min manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tender haqqında ətraflı məlumatla dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalında tanış olmaq mümkündür. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 600 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsi
H/h- AZ13AIIB38070019440419519102
VÖEN- 1300663941
Bank- “Kapital Bank” ASC-nin Mərkəz Filialı
Kod- 200026
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notarial qaydada təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri.
6. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr).
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
9. İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər haqqında yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
10. Digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 oktyabr 2021-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 oktyabr 2021-ci il saat 18.00-a qədər Bakı şəhəri, Nizami küçəsi 92 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Zərflərin açılışı 29 oktyabr 2021-ci il saat 11.00-da olacaqdır.
Əlaqələndirici şəxs- Gülnar Hüseynova.
Telefon- 012 599-08-88 (daxili 2171).
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.