Aqrar Tədarük və Təchizat söküntü, təmir-bəpa və digər işlərlə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı "Kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarında çadırın quraşdırılması, bir məntəqədən digər məntəqəyə daşınması, sökülməsi, mütəmadi kimyəvi təmizlənməsi, yuyulması, karkas-tent konstruksiyasının təmir və bərpa işlərinin satın alınması" ilə bağlıdır.
Tenderdə iştirak haqqı 150 manatdır. Müsabiqə fevral ayının 23-də başlayır.Tələb olunan sənədlər martın 16-dək, təkliflər isə martın 31-dək təqdim edilməlidir. Zərflər aprel ayının 3-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1101438441
Satınalan təşkilatın ünvanı: Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57
Çatdırılma yeri: Bakı şəhəri
Çatdırılma müddəti: 12 ay (1 il)
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Çadırın quraşdırılması |
Montaj işləri. |
1200 |
m(2) |
2 |
Çadırın və beton blokların (çadırın dayanıqlığının qorunması üçün) Bakı şəhəri ərazisində bir məntəqədən digər məntəqəyə daşınması (yükləmə-boşaltma işləri daxil) |
Nəqliyyat seçimində nəzərə alınmalıdır: - Çadırın beton bloklarının daşınması üçün nəqliyyat vasitəsi kran manipulyator ilə təchiz olunmalıdır; - Çadır konstruksiyasının ən uzun hissəsi 8 metrdir. |
12 |
ədəd |
3 |
Çadırın sökülməsi |
Demontaj işləri. |
1200 |
m(2) |
4 |
Çadırın üst hissəsinin yuyulması |
Su təchizatı və kimyəvi təmizlik vasitələri daxil |
31944.6 |
m(2) |
5 |
Çadırın karkas-tent metal konstruksiya hissələrinin monitorinq və bərkitmə işləri |
Ayda minimum 1 dəfə olmaqla |
24 |
ədəd |
6 |
Çadırın (karkas - tent konstruksiyasını) bərpa işləri |
Cırılmış, sökülmüş və sınmış hissələrinin təmir |
80 |
m(2) |
7 |
Çadırın cırılmış, sökülmüş hissəsinin yenisi ilə əvəz olunması |
Material: PVC branda, 900 gr/m2 |
80 |
m(2) |