Aqrar Tədarük və Təchizat "Hyundai HD 78 markalı yük avtomobillərinin 12 ay müddətinə könüllü (KASKO) sığorta olunması xidmətinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, "Paşa Sığorta" ASC qalib seçilib.
Qalib gələn şirkətə 14 480 manat sığorta haqqı ödəniləcək.
Qeyd edək ki, "Paşa Sığorta" ASC bundan öncə Sahibkarlığın İnkişafı Fondu "Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarının 2023-cü il üzrə tibbi sığortalanması xidmətlərinin satınalınması" tenderinin qalibi seçilib. Həmin tenderin dəyəri 54 060 manat təşkil edib (07.03.2023).